Misli Premyer Liqasının sonuncu - 36-cı turunda elitadan düşdüyü dəqiqləşən "Səbail"in qonağı olacaq "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib.
"Vüqar Mustafayev və Rəşad Əzizli cəzalı durumdadırlar. Elvin Bədəlovla Miloş Miloviç isə zədə səbəbindən "Səbail"ə qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması mayın 23-də "ASCO Arena"da keçiriləcək. Matçın start fiti 19:30-da səsləndiriləcək.
Nihat