Misli Premyer Liqasının (MPL) sonuncu - 36-cı turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Zirə" oyuna tam heyətlə hazırlaşa bilmir.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib.
"Heyətdə cəzalı futbolçu yoxdur. Yusuf Laval, Hacıağa Hacılı və Fuad Bayramov zədə səbəbindən "Araz-Naxçıvan"a qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" qarşılaşması mayın 25-də "Liv Bona Dea Arena"da keçiriləcək. Matçın start fiti 19:30-da səsləndiriləcək. Hazırda 71 xalla MPL-in turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "Zirə"nin mövqeyinin dəyişməyəcəyi öncədən bəllidirsə, 58 xala malik naxçıvanlıların da mübarizəni 3-cü yerdə başa vuracağı əvvəldən dəqiqləşib.
Nihat