"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sabiq yarımmüdafiəçi "Araz-Naxçıvan"da çalışacaq.
Hazırda futbol agenti qismində fəaliyyət göstərən Sultanov rəhbərlikdə təmsil olunacaq. O, klubun prezidenti Ramin Axundova müşavir təyin edilib.
Xatırladaq ki, Ramin Axundov Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
Zaur Axundov "Keşlə"nin (indiki "Şamaxı") prezidenti olduğu dönəmdə Sultanov klubda idman direktoru postunu tutub. O, "Keşlə"dəki vəzifəsindən 2021-ci ilin may ayının sonunda ayrılıb.