“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.
44 yaşlı mütəxəssis müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.