Misli Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” klubunun 2025/2026 mövsümü üçün hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.
Muxtar Respublika təmsilçisi iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yollanacaq. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.
Yoldaşlıq görüşləri üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.