"Qarabağ" qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, məlumatı Polşa Futbol Assosiasiyasının rəsmi saytı yayıb.
Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə qarşılaşacaq.