Bu mövsüm İran çempionatının qalibi olan "Traktor" klubu baş məşqçisi Draqan Skoçiçlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə yeni anlaşmasının müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Skoçiç 2024-cü ildən indiki postundadır.