Futbol üzrə Azərbaycan millisi ilə iyunun 7-də, paytaxt Riqada yerləşən “Skonto” stadionunda yoldaşlıq görüşünə çıxacaq Latviya yığması təmsilçimizlə 8500 tamaşaçı tutumuna malik idman qurğusunda qarşılaşacaq.
Fanat.Az-ın məlumatına görə, matçı təxminən 4000-4500 futbolsevərin tribunalardan izləyəcəyi ehtimal edilir.
Bu qarşılaşmada millimizi 100 azərbaycanlı tərəfdarın dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.
Əli Sahib