Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis belə danışıb:
"Macarıstan yaxşı futbolçulardan qurulmuş komandadır. Hər oyundan əvvəl rəqiblərimizi təhlil edirik. Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu məqam komandaya müsbət təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. Sabah maraqlı görüşə şahidlik edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması sabah "Liv Bona Dea Arena"da reallaşacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.