Yassin Benzia “Qarabağ”dan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Azərbaycan çempionu Benziaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Əlcəzairli futbolçu 2023-cü ilin əvvəlindən Ağdam kubunda çıxış edirdi. O, ağdamlıların heyətində 104 oyuna 28 qol vurub.