Yassin Benzia ilə müqavilə yeniləməyən "Qarabağ" daha 3 futbolçusu ilə yolları ayırdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar monteneqrolu Marko Veşoviç, kabo verdeli Patrik Andrade və son iki mövsümü icarə əsasında "Zirə"də keçirən İsmayıl İbrahimlidir.
Ağdam təmsilçisi sözügedən oyunçulara təşəkkür edərək uğurlar arzulayıb.
Xatırladaq ki, "Qarabağ" geridə qalan mövsümdə vaxtından əvvəl çempion olub.