Moskvada incəsənət xadimləri arasında iyunun 7-də start götürən dünya çempionatı - "Art-Futbol 2025" turniri başa çatıb.
Fanat.Az-ın məlumatına görə, sıralarında "Şəmkir"in baş məşqçisi Vüqar Nadirovun da yer aldığı (hər komandada 3 veteran futbolçunun oynamasına icazə verilir) komandamız qrupdan çıxsa da, daha artığına nail ola bilməyib.
Belə ki, Macarıstana 0:1 hesabı ilə uduzan təmsilçimiz 3-cü yer uğrunda görüşdə Serbiya ilə qarşılaşıb və 1:4 hesabı ilə yenilərək mükafatçılar sırasına düşə bilməyib.
Çempion isə finalda Macarıstanı üstələyən Argentina olub.
Qeyd edək ki, turnirin final qarşılaşması iyunun 15-də keçirilib.
Nihat