“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Masazır təmsilçisinin mətbuat xidməti yayıb.
25 yaşlı müdafiəçi müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Daşdəmirov 2023-cü ildən "bayquşlar"ın uğurları üçün çalışır.