AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.
Fanat.Az xəbər verir ki, qərar milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qəbul olunub.
Qurumun baş katibi Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib.
O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.