"Neftçi" bu gün yeni mövsümün hazırlığına start verib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Komanda təlim-məşq toplanışının ilk gününü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurub.
Toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq Bakı təmsilçisi orada 4 yoxlama görüşü keçirəcək.