"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "ağ-qaralar"ın mətbuat xidməti yayıb.
31 yaşlı qolkiper müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.