2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Karvan" iki futbolçusu ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.
Bölgə təmsilçisi İzzət Müştaqov və Elvin İsmayılovla yollarını ayırıb. Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Sözügedən klub daha öncə Ezekiel Morqanla vidalaşdığını bəyan etmişdi.
Xatırladaq ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq elitada oynamaq hüququ qazanıb.