Birillik fasilədən sonra 1-ci Liqada çempion olaraq elitaya qayıdan “Qəbələ” futbolçusu Elvin Yunuszadə ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Müdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.