"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları klubun Bolqarıstanda təşkil edilən "Sozopol Cup 2025" turnirinin qalibi olan U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.
Fanat.Az xəbər verir ki, görüş " köhlən atlar"ın "Azersun Arena"da keçirilən məşqindən əvvəl gerçəkləşib.
Baş məşqçi Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.