"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.
Fanat.Az "boz qurdlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara başlayacaq.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək qərb təmsilçisi iyulun 6-da Türkiyəyə yola düşəcək.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.