“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “Sabah”da ilk oyunu olacaq.
Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.
Yoxlama oyunu
29 iyun
19:30. “Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya)