Bir mövsümlük fasilədən sonra elitaya qayıdan "Qəbələ" heyəti gücləndirmək yönündə çalışmalarını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze yeni mövsümdə də klubun gənc yetirmələrinə şans vermək niyyətindədir.
Düzdür, komandaya legionerlər də dəvət olunacaq, lakin klubun büdcəsi səs-küylü transferlərə imkan vermədiyindən bölgə təmsilçisi uğurlu seleksiya sayəsində vəziyyətdən çıxmağa çalışacaq. Bu da dəqiqdir ki, "Qəbələ" yaxın günlərdə baxışa bir neçə əcnəbi dəvət edəcək.
Klubun idman direktoru Səbuhi Səfiyarlı baxışa əcnəbi futbolçuların çağırılacağını təsdiqləsə də, adları açıqlamaq istəmədi.
Xatırladaq ki, sözügedən kollektiv 1-ci Liqadakı mübarizəni 67 xalla zirvədə tamamlayıb.
Nihat