Bir müddət öncə açılan "Neftçi" Futbol Mərkəzinin istismara hazır vəziyyətə gətirilməsi üçün çalışmalar bir qədər də sürətləndirilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda "ağ-qaralar"ın bazasında müxtəlif avadanlıqların quraşdırılması, tamamlama işləri həyata keçirilir.
Rəhbərlik mərkəzin bu ayın sonuna qədər tam hazır vəziyyətə gətirilməsini tələb etdiyi üçün 200-ə yaxın işçiyə, dörd növbəli qrafikə ehtiyac duyulub.
Xatırladaq ki, "Neftçi" son mövsümü 43 xalla 6-cı pillədə başa vurub. "Neftçi" Futbol Mərkəzində hazırlığa start verən bakılılar iyulun 15-də Polşaya yollanaraq təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcəklər.
Nihat