"Yeni mövsümdə bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram".
Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov deyib.
Bu qış "Sabah"ı "ağ-qaralar"a dəyişən orta xətt oyunçusu təlim-məşq toplanışını dəyərləndirib: "Bildiyiniz kimi, hazırlıqlara Bakıda başlamışıq. İyulun 15-də isə Polşaya yollanaraq hazırlığımızı orada davam etdirəcəyik. Çalışmalarımız planauyğun gedir. Bəlli məsələdir ki, bizi qarşıda rəqabətli, gərgin və maraqlı mövsüm gözləyir. Təlim-məşq toplanışından çox şey asılıdır. Ümidləri doğrultmaq üçün öz üzərimizdə səylə çalışmalıyıq".
Nihat