UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la qarşılaşacaq "Zirə"nin kapitanı Qismət Alıyev Xorvatiya təmsilçisi ilə mübarizədən nə gözlədiyini açıqlayıb.
O, fikirlərini Fanat.Az-a bölüşüb:
"Hayduk" Xorvatiyanln ən güclü komandalarından biridir. Çempionluğu son anda əldən veriblər. Rəqib nə qədər güclü olsa da, biz də mərhələni keçməyə çalışacağıq. Hələ ilk oyuna qədər müəyyən vaxt var. Rəqibi analiz etmək, oyunlarını izləmək imkanımız olacaq. Allah qoysa, yekunda mərhələni keçən tərəf biz olar, azarkeşlərmizi sevindirərik".
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.
Nihat