1-ci Liqa təmsilçisi "Mingəçevir"i daha bir futbolçu tərk edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, mərkəz yarımmüdafiəçisi Hüseyn Əliyevdir.
Bu ilin yanvarında "Qaradağ Lökbatan"dan gələn 24 yaşlı Əliyevin yeni iş yeri də bəllidir. O, karyerasını digər 1-ci Liqa komandası MOİK-də davam etdirəcək.
Qeyd edək ki, "Mingəçevir" yanvarda baş məşqçi postuna gətirilən Füzuli Məmmədovun rəhbərliyi altında çempionatı 4-cü pillədə başa vurub. Qarşısına elitada qalmaq tapşırığı qoyulan "şəhərlilər" mövsümün ikinci yarısında 29 xal toplayaraq adlarından söz etdiriblər.
Mirağa