"Sele" Sloveniya çempionatında 4-cü yeri tutub və onlar da "Sabah" kimi ölkə kubokunu qazanıblar".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Xaqani Məmmədov deyib.
2007/2008 mövsümündə "İnter"in heyətində 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olmuş mütəxəssis UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində "Sele" ilə üz-üzə gələcək "bayquşlar"ı çox çətin matç gözlədiyini bildirib:
"Sabah"ın rusiyalı baş məşqçi Vasili Berezutskini litvalı Valdas Dambrauskasla əvəzlədiyini bilirik. Təbii ki, hər yeni məşqçinin öz futbol fəlsəfəsini komandaya aşılaması, oyunçuları yaxından tanıması üçün müəyyən vaxta ehtiyac var. Bu mənada Azərbaycan təmsilçisinin müəyyən problemləri ola bilər. Düzdür, komanda toplanışa Dambrauskasın rəhbərliyi altında başlayıb, amma istənilən halda, vaxt azdır. "Sabah"ı çox çətin mübarizə gözləyir. Sloveniya, Xorvatiya, Serbiya, Slovakiya kimi ölkələrindən olan rəqiblərə qarşı avrokubok matçlarında Azərbaycan təmsilçiləri həmişə çətinlik çəkiblər. Dambrauskas nə dərəcədə təcrübəli mütəxəssis olduğunu, hazırlıq prosesində gördüyü işin nəticəsini məhz "Sele" ilə matçlarda ortaya qoymalıdır. Ümid edək ki, hər şey təmsilçimiz üçün uğurlu alınacaq. Komandamıza uğurlar arzulayıram".
Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.
Nihat