"Sabah" bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yay toplanışına yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi ilə başlayan Masazır təmsilçisi ilk sınaq qarşılaşmasını iyunun 29-da Buxarest "Rapid"inə qarşı keçirib.
Yoxlama oyunu
29 iyun
19:00. "Sabah" (Azərbaycan) – "Pakş" (Macarıstan)