İyulun 1-dən Kürdəxanıdakı "Hünər" təlim-məşq bazasında toplanışına start verən "Turan Tovuz" hazırlıqlarını davam etdirir.
İyulun 6-da Türkiyəyə yollanacaq "boz qurdlar"ın müdafiəçisi Şəhriyar Əliyev toplanış barədə fikirlərini Fanat.Az-a bölüşüb:
"İyulun 1-də ilk məşqimizi etdik. Sonrakı iki gündə test verdik. Fiziki durumumuzun nə yerdə olduğunu öyrəndik. Bugündən məşqlərimiz başlayır. Çalışmalarımız plan üzrə gedir. Bir müddət öncə transfer edilən David Oliveyra Tavareş artıq bizimlədir. Bildiyiniz kimi, ayın 6-da Türkiyəyə yollanacağıq. Orada komandaya yeni futbolçuların qoşulacağı gözlənilir. Çempionat başlayana qədər yaxşı forma yığmalı, bizi gözləyən gərgin mübarizəyə komanda şəklində hazır olmalıyıq".
Təcrübəli futbolçu ötən mövsüm aldığı zədənin tam sağaldığını bildirib: "Şükürlər olsun ki, zədəm tam sağalıb. Artıq normal qaydada məşq edə bilirəm. Bu yöndə hər hansı problem yoxdur".
Nihat