"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, əyalət klubu portuqaliyalı yarımmüdafiəçi Dioqu Balaunu heyətinə qatıb.
25 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, Balau son olaraq Portuqaliyanın "Uniao Santarem" klubunda çıxış edib.