"Karvan" qapıçısı Kamran İbrahimovla bağlı yekun qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü Yevlax təmsilçisində keçirən qolkiperin müddəti bu yay başa çatan müqaviləsi yenilənəcək.
İbrahimovun 1 illik anlaşmaya imza atacağı və məlumatın yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
"Neftçi"nin yetirməsi olan 26 yaşlı qolkiper daha sonra "Kəpəz"in uğurları üçün də çalışıb.
Qeyd edək ki, "Karvan" 1-ci Liqada 3-cü yeri tutaraq Premyer Liqada oynamaq hüququ qazanıb.
Nihat