Bu gün "Qarabağ"ın 2009-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə Barselonanın "Marcet" akademiyasında futbolun sirlərinə yiyələnən azərbaycanlı həmyaşıdları arasında yoldaşlıq görüşü keçiriləcək.
Fanat.Az-ın məlumatına görə, qarşılaşma "Sərhədçi" idman kompleksinin stadionunda reallaşacaq.
Matçın start fiti 20.00-da səsləndiriləcək. "Marcet"i təmsil edən komandanı meydana ispan mütəxəssis Karlos Rivero çıxaracaq.
Qeyd edək ki, dünən Ağdam təmsilçisinin 2008-ci il doğumlu oyunçulardan ibarət komandası eyni məkanda "Marcet"i 4:0 hesabı ilə məğlub edib.
Nihat