"Zirə" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisi son klubu "Sabah" olan Vinsent Tilli sıralarına cəlb edib.
Luksemburqlu oyunçu 1+1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. O, ölkəsinin yığmasının da üzvüdür.