“Şamaxı” futbolçusu Səbayıl Bağırovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Səbayıl bu yay "aslanlar"la yollarını ayıran 12-ci futbolçu olub. Eyniadlı şəhərin təmsilçisini daha öncə Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib), Cəlal Hüseynov ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib) və Vüsal Məsimov tərk edib.