Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, yerli “Bayburtspor” ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 14 cavabsız qol vurub.
Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qollara Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos və Bar Koen imza atıblar.
Sözügedən kollektiv iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) münasibətlərinə aydınlıq gətirəcək. Tərəflərin ilk görüşü iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.