PFL Azərbaycan Kubokunun final matçı ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2025/2026 mövsümündə sözügedən turnirin həlledici qarşılaşması Premyer Liqanın son turlarından öncə baş tutacaq.
Qurum bu addımı komandaların istirahət vaxtına mane olmamaq üçün atacaq. Final matçının çempionatdakı mübarizənin başa çatmasına 2-3 tur qalmış həftəiçi oynanılması planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Kubokunun son qalibi "Sabah"dır. Sumqayıt şəhər stadionunda "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən Masazır komandası tarixində ilk tituluna sahib çıxıb.
Nihat