Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını "Qəbələ" komandası qazanmışdı.