15:30 21.08.2017 1557

Ağ-qara xananın piyadaları

Əcəb işdi... Baş məşqçi istefa ərizəsi ilə klub rəhbərliyinə müraciət edir və istəyi qəbul olunur. Bu qədər sadə və bəsit...


Əcəba, soruşan oldumu ki, bəs sənin proqramına uyğun təlim-məşq toplanışına, istədiyin transferlərə xərclənən pul necə olsun? Kimi ələ salırsız? İki turdan sonra baş məşqçinin  istefası qəbul  olunursa, deməli Elxan Abdullayevin istəyi ilə havaya sovrulan yüzminlərin məsuliyyətini rəhbərlik üzərinə götürməlidi. Bu qədər arxayınlıq, özünə güvən sizdə hardandı ki, belə rahatlıqla baş məşqçiyə uğur arzulayıb yola salırsız? Həqiqətənmi klubun sponsoru sizdən heç bir hesabat  tələb etmir? 


Elxan Abdullayevin necə məşqçi olduğunu indiki rəhbərlik çox gözəl bilirdi və müqaviləsinin müddətini artıranda ona olan ümidlərin məsuliyyətinə imza atıb. Odur ki, "Neftçi” rəhbərliyi bu məsuliyyətdən qaça bilməz! Bütün uğursuzluğun və bu uğursuzluğa görə havaya sovrulan maliyyənin  hesabatı məhz Orxan Hüseynzadənin boynundadır. 


Hələ ki, görünən mənzərə odur ki, bu tip məsuliyyətli qərarları Orxan bəy ya dərk etmədən, ya da himayədarlarına arxayın olub verir. Himayədar aydın məsələdi ki, ARDNŞ-də oturur, hər kimdisə... Deməli, "Neftçi” tək bu rəhbərliyin istefası ilə düzəlməyəcək. ARDNŞ-də oturub klubdakı maliyyə maxinasiyalarına "krışalıq” edəndən, AFFA-da oturub kluba maraqları üçün "barmaq” edənlərdən də qurtulmalıdı Xalqın komandası. Çünki, elnurlar, orxanlar, lap elə çingizlər də şahmat masasının - ağ-qara damaların piyadalarıdı. Onları oynadan çirkli əllərdən, ziyankar beyindən xilas olmayınca "Neftçi”yə nicat yoxdu. "Neftçi” artıq klub deyil, komandadır.  Bildiyiniz böyüklükdən əsər-əlamət qalmayıb. "Neftçi”nin ruhu korlanıb. 


Çıxış yolu? 


O da var. Yuxarıda qeyd etdiyim əllər, çiyindən kəsilməlidi. Və təbii ki, AZARKEŞ. Klubu, komandanı böyük edən azarkeşidi. Azərbaycanda elə ev, ailə tapılmaz ki, orda "Neftçi”azarkeşi olmasın. Azərbaycanın şübhəsiz, ən güclü azarkeş  ordusu "Neftçi”yə məxsusdu. Ağ-qaraların küsən azarkeşləri meydana qayıtsa və hər oyunda rəhbərlikdən hesabat tələb etsə... Etsə...  


Heyif ki, azarkeşlərimiz də bir ola bilmir. Təkcə meydanda istefa qışqırmaqla iş bitmir. O da lazımdı, amma indiki durumda ən böyük yük ziyalı azarkeşlərin üzərinə düşür. Minlərləsiz, bunu bacararsız. Şikayət edin , yazın!  Prezidentə, ARDNŞ rəhbərliyinə müraciət edin! Bu qədər insanın müraciətinə biganə qalmazlar. İnanın, alınacaq! Sosial şəbəkələrdə gündəmdə saxlayın, unutmayın, unutdurmayın.  Amma sivil, mədəni şəkildə. Təhqirlə, söyüşlə qəti olmaz. Nəticəsini görəcəksiz. Məhz indi bir olmaq zamanıdı. Haqqınızı tələb edin! "Neftçi” xalqın komandasıdı və hesabatı da xalqa verilməlidi.  

Növbə sizindi, böyüklüyünüzü subut edin!


Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X