Azərbaycan Premyer Liqasında daha bir oyunun məkanı dəyişdirilib. Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, "Neftçi” ilə "Səbail” komandaları VIII turda 8-ci km qəsəbə stadionunda qarşılaşmayacaqlar.
Buna səbəb "ağ-qaralar”ın arenasının qazonunda yenilənmə işlərinin aparılmasıdı. "Neftçi” rəhbərliyi bunu əsas gətirərək, görüşün yerinin dəyişdirilməsi üçün PFL-ə müraciət edib. Qonaq komandanın da razılıq məktubunu alan qurum oktyabrın 15-dəki qarşılaşmanın "Dalğa Arena”da oynanılmasına və "Səbail”in ev sahibi olmasına qərar verib.
Bu klubların III dövrədəki oyununda isə "Neftçi” rəqibini qəbul edəcək.
Fanat.Az