Azərbaycan Kubokunda 2017/18 mövsümünə start verilib. Fanat.Az xəbər verir ki, mübarizə 1/16 finaldan başlayıb və I divizionun 4 klubu meydana çıxıb.
Bu mərhələdə qaliblər bir oyunun nəticəsinə görə müəyyənləşib. "Ağsu" doğma meydanda "Mil-Muğan"a 0:1 hesabı ilə uduzub və İmişli təmsilçisi adını 1/8 finala yazdırıb. "Turan Tovuz" isə mübarizəni dayandırıb. Tovuz təmsilçisi Bakıda MOİK-in qonağı olub və 1:2 hesabı ilə yenilib.
Azərbaycan Kuboku
2017/18 mövsümü
1/16 final
11 oktyabr
Ağsu - Mil-Muğan 0:1
Qol: Vasif Mehrəliyev, 80.
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu. Şəhər stadionu
MOİK - Turan Tovuz 2:1
Qollar: İsmayıl İbrahimli, 13. Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Fanat.Az