Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində "Araz” mübarizəyə start verib. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu oyunları Rumıniyada keçiriləcək VIII qrupda yer alıb.
İlk dueldə Bosniya və Hersoqovinanın "Mostar”ıyla üz-üzə gələn təmsilçimiz favoriti olduğu görüşdə sürprizə imkan verməyib - 5:2.
Azərbaycan çempionu B yolundakı 4 qrupdan birində yer aldığından yalnız 1-ci yer üçün mücadilə edəcək. Çünki A yolunun qruplarından 3, B yolundan isə 1 komanda elit-raunda vəsiqə qazanır.
Qrupun digər oyununda "Deva” (Rumıniya) və "Sent Endryu” (Malta) münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Kuboku
Əsas mərhələ
VIII qrup, I tur
11 oktyabr
Araz (Azərbaycan) - Mostar (Bosniya və Herseqovina) 5:2
Qollar: Bolinya, 1. Xətai Bağırov, 16. Maykon da Silva, 20; 26. İsa Atayev, 21 - Veşiç, 15; Alaziç, 35.
Fanat.Az