"Himni oxumamışam? Belə şey olmayıb". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və millinin yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.
Topaz Premyer Liqasının dünən baş tutan "İnter" - "Qarabağ" (0:2) matçından sonra Əmirquliyev jurnalistlər önünə çıxıb. Yığmanı Kayzerslauterndəki görüşə kapitan sarğısıyla çıxaran futbolçu son dünya çempionuna 1:5 hesabıyla uduzduqları görüşdən əvvəl himni oxumamasıyla bağlı səsləndirilən ittihamlara biganə qalmayıb: "Himni həmişə oxuyuram. Ola bilsin, kamera məni çəkdiyi anda başqa cür görünüb. Bu, mənim himnin sözlərini bilməməyim anlamına gəlməməlidi. Kim inanmırsa, onun üçün şəxsən oxumağa hazıram".
Fanat.Az