23:41 18.10.2017 1599

Tahir Gözəl: "Əminəm ki, bütün dünya bu oyunu alqışlayacaq"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Bakıda İspaniya "Atletiko"su ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Klub rəsmisi əvvəlcə oyun barədə danışıb...

- Hamımız şahidi olduq və "Qarabağ" bir daha sübut etdi ki, dünyanın, Avropanın ən nəhəng klubları ilə yaxşı mübarizə aparan, onları müdafiə olunmağa məcbur edən, güclü əks-hücumlara çıxan komandadır. Bu komanda Azərbaycanı, Qarabağı doğrudan da layiqincə təmsil etdi. Bu, xalqımızın, Azərbaycanımızın, cənab prezidentimizin gücüdür. Əminəm ki, bütün dünya bu oyunu alqışlayacaq. Belə gözəl oyun mübasibətilə klubumuzu, xalqımızı və cənab prezidentimizi təbrik edirəm. Doğrudan da buradan qürurla ayrılırıq. Kaş qələbə olaydı...Çoxlu fürsətlər oldu, amma alınmadı.

- Nəticəyə görə təəssüfləndiniz?
- Əlbəttə, çox təəssüfləndim. Bir neçə epizodumuz var idi. Deməzdim ki, Dino Ndlovunun epizodunda 100 faizlik penalti var idi. Amma baş hakimə baxır. Penalti verə bilərdi, vermədi. Qırmızı vərəqəyə görə narahat oldum. "Atletiko"ya qarşı 18 dəqiqə 10 nəfərlə, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Mən bu gün "Qarabağ"ı mənəvi cəhətdən qalib sayıram.

- Bu oyunla "Qarabağ"ın qrup 3-cüsü kimi Avropa Liqasının 1/16 finalına vəsiqə şansı qalır?
- Futbolda şans amili də var. Hesab edirəm ki, "Qarabağ"ın şansı hələ də qalır. Buradakı oyunu Madriddə də sərgiləsək, orada da ilk dəqiqələrdən pressinq etsək, buradakı özünəinamı ora da daşısaq və uğurlu nəticə göstərsək, inanıram ki, qrupdan çıxma şansımızı qoruyacağıq. Baxmayaraq ki, biz nəhəng klublarla üz-üzəyik. Amma çox çətindir. Etiraf etməliyik ki, biz ən ağır qrupa düşmüşük. Bunun adı "ölüm qrupu"dur. Amma artıq ilk xal var. Daha bir oyundan nəticə ilə ayrılsaq, hesab edirəm ki, şansımız olacaq. Bəli, bu gün biz iddialıyıq!

- Ndlovu qırmızı vərəqə aldığı üçün Madriddə oynamayacaq. Onun yoxluğu hiss olunacaqmı?
- Bu, artıq texniki məsələdir və Qurban Qurbanova aiddir. Bəli, Ndlovunun yoxluğu bizim üçün itkidir. Amma vəziyyətə baxacağıq.

- "Atletiko"nu digər rəqiblərlə müqayisədə "Qarabağ" üçün ən uyğun rəqib sayırsınız?
- "Atletiko" əks-hücumları ilə tanınan, tez refleks verən bir klubdur. Amma bütün rəqiblərimiz çox çətin, dünya səviyyəlidirlər. Bu yaxınlarda "Barselona" ilə heç-heçə etmiş komandaya qarşı çıxış etmişdilər. Əhval-ruhiyyədən də çox şey asılıdır. Hesab edirəm ki, "Qarabağ" bütün imkanlarını, gücünü ortaya qoymalıdır. Belə etsək, şansımız da olacaq.("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
18:58

MPL: "Səbail"in I Liqaya düşməsi rəsmiləşdi, "Turan Tovuz" "Neftçi"yə qarşı -YENİLƏNİR

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X