"Qələbə arzulasaq da, istəyimizə çatmadıq. "Qarabağ” isə düzgün oynadı, qol gecikdikcə daha yaxşı müqavimət göstərməyə başladı”. Fanat.Az-ın məlumatına görə, bunu "Atletiko”nun yarımmüdafiəçisi Saul Niges deyib.
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda dünən "Qarabağ”la Bakıda qolsuz heç-heçə edən İspaniya təmsilçisinin futbolçusu bərabərliyi dəyərləndirib: "Deyə bilmərəm ki, yaxşı oynadıq. Amma bu, pis komanda olmağımız anlamına gələ bilməz. Qalan 3 görüşdə maksimum nəticə qazanmağı hədəfləmişik. Biz bunu bacaracaq səviyyədə komandayıq. Əlbəttə, oyunumuzda çatışmazlıqlar da var. Məsələn, hücumlar zamanı daha təmkinli görünə bilsək, uğur qazanmaq şansımız artar. Bəzi oyunçularımızın optimal formasından uzaq düşməsi də vurğulanmalıdı. Hər şeyə rəğmən, şansımız öz əlimizdədi".
Fanat.Az