Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dünən baş tutan "Qarabağ" - "Atletiko” oyununda (0:0) zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Fanat.Az-a klubdan verilən məlumata görə, matçın sonlarına yaxın ikili mübarizə zamanı xəsarət alan müdafiəçi uzun müddətə sıradan çıxıb.
İlkin müayinələrə əsasən arxa xətt oyunçusu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Hərçənd Ağdam təmsilçisi daha uzun müddətə də Bədavisiz qala bilər. Çünki ayaq bağlarında problem yaranan Hüseynovun bərpa prosesini necə keçməsi də şərtdi.
Fanat.Az