"Kəpəz”in yarımmüdafiəçisi Samba Diallo "Neftçi” ilə oyunu buraxacaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, müayinə zamanı "Zirə"ylə görüşdə sıradan çıxan Sambanın topuğunda ikinci dərəcəli burxulma aşkarlanıb.
Bu isə futbolçunun təxminən iki həftə Gəncə təmsilçisinə kömək edə bilməyəcəyi anlamına gəlir. Onun Topaz Premyer Liqasının X turunda "İnter”ə qarşı forma geyməmək ehtimalı da daha çoxdu.
Fanat.Az