Topaz Premyer Liqasının IX turu
çərçivəsində dünən "Səbail"ə 0:1 hesabıyla uduzan "İnter"in
futbolçuları klubda son vaxtlar tez-tez yaşanan halla yenidən qarşılaşıb.
Fanat.Az-a verilən məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov
ölkə xaricindən qayıtsa da (Zaur bəy matçı stadiondan izləyib), oyunçular "Dalğa Arena"dakı görüşə avqust və sentyabr aylarının maaşlarını almadan çıxıblar. Halbuki, çərşənbə axşamı AFFA-dan "ağ-göylər"ə ümidverici xəbər
gəlmiş, debütantla oyuna qədər məvaciblərin veriləcəyi, Axundov gələn kimi,
pulların hesaba oturacağı deyilmişdi.
Qeyd edək ki, "İnter" Premyer Liqanın X turunda "Kəpəz"lə görüşəcək və bu
qarşılaşmaya "Keşlə" adıyla çıxacaq.
Fanat.Az