"Qızım Miah Manettenin vəfatı məni bu oyunda meydana çıxmağa vadar etdi. Özümdə bir güc hiss etdim və meydana ayaq basmaq qərarına gəldim. Fikirləşdim ki, qızım da oynamağımı istəyərdi. Miah üçün oynadım". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Vild-Donald Gerye deyib.
Haitili futbolçunun azyaşlı qızı bir neçə gün əvvəl vəfat edib. Vild-Donald Gerye isə bundan sonra "Atletiko" ilə Çempionlar Liqasının oyununa çıxıb. Xarici mediaya müsahibə verən futbolçu qızının ölümündən danışıb: "Qızım doğulan zaman virusa yoluxmuşdu. Həmin vaxt anasının yaxın qohumu xəstəxanaya gələndə onu öpdüyü üçün virus düşmüşdü. Həmin qadının ağzında yara var idi. Bu virus isə birbaşa beyinə təsir edir və yeni doğulmuş uşaqlar üçün çox təhlükəlidi. Virus tez məhv olmasa, gələcəkdə uşağın beyninin bir hissəsinə təsir edir, ayaqların iflic olAmasına gətirib çıxarır. İflicin qarşısını almaq üçün bunu tez öyrənmişdik. Ancaq digər fəsadların qarşısını almaq üçün yetərli olmadı. Virus məhv edilsə də, həkimlər Miahda epileptik tutmanın olacağı barədə bizi xəbərdar etmişdilər. Bu cür tutulmalar azalmışdı, Miah özünü yaxşı hiss edirdi. Ancaq ötən cümə axşam vaxtı yataqda tutma oldu və ona qalib gəldi".
Fanat.Az