Almaniyanın II Bundesliqasında XI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin "milliləşdirilmiş" yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Erzgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda "Regensburq”la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Oyuna start heyətində başlayan Nazarov 20-ci dəqiqədə "qırmızı" görərək paltardəyişmə otağına vaxtından əvvəl yollanıb. Dmitri aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına vurub. Referi idmançıya yaraşmayan hərəkəti yığmamızın futbolçusuna bağışlamayıb.
Qeyd edək ki, 11 oyuna 16 xal yığan "Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Fanat.Az