"Atletiko”nun daha bir futbolçusu sıradan çıxıb.
Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ”ın rəqiblərindən olan "hindular" Xose Ximenesi itirib. 22 yaşlı uruqvaylı mərkəz müdafiəçisi dünənki məşqi ayağındakı ağrılar üzündən yarımçıq tərk edib. Ximenesin zədəsinin nə dərəcədə ciddi olması tibbi müayinədən keçəndən sonra bilinəcək. Hazırda Koke və Yannik Karrasko da zədəli üzündən kollektiv məşqlərə qatıla bilmir.
Qeyd edək ki, Bakıda "Qarabağ”la 0:0 hesablı bərabərliyə razılaşan "Atletiko” oktyabrın 31-də ağdamlıları qəbul edəcək.
Fanat.Az